Breaking Bad- Dizi Fikirlərim

“İndiyə qədər namusum və şərəfim ilə dürüst bir insan olaraq yaşadım, ancaq xərçəngdən başqa bir nəticə əldə edə bilmədim”

Salamlar hərkəsəə 🙂 Bugün yazacağım mövzu haqqında nə qədər həyəcanlıyam bilməzsiniz 😀 Uzuuun müddətdi düşündüklərimi yığıb yekunlaşdıracam (buna görə də biraz uzun ola bilər bu yazı) deyə sevincliyəm, birdə mənim kimi  “Bu dizini izləsəm mi?, Yarıda saxlasam mı?” -deyə düşünənlərin düşüncələrini silib atacaq bir yazı yazmaq istəyirəm. Başlıqdan da göründüyü üzrə bugün sizə həyatınızda görüb görücəyiniz ən real, ən möhkəm, ən yüksək imdb’li dizi, ən əsəbləşdirici xarakterləri olan, bəzən çox darıxdırıcı olub,bəzən həyəcandan ürəyinizi titrətəcək, ən az akisonlu ama çox dramatik, ən mənalı və ən ən ən çoxda izlədiyinizə görə hamıdan hər zaman 1 addım öndə olacağınız dizidən danışmaq istəyirəm. Başlayaq onda 🙂Redaktə üçün giflər (20)

Qısaca dizinin mövzusundan bəhs edim: Breaking Bad Vince Gilligan tərəfindən yaradılmış, ABD dram dizisidir, 5sezon-62 bölüm dəvam edib. 50 yaşında, məktəbdə kimya müəllimi olan Walter White (Bryan Cranston), maddi cəhətdən ailəsinin istəklərini qarşılaya bilmək üçün kassiyer olaraq əlavə iş görməkdədir, ancaq bir müddət sonra ağciyər xərçəngi olduğunu və çox qısa ömrü qaldığını öyrənir. Oxumağa davam et