Saatlar da uçmağı bacarır?

Yaşamaq istədiyimiz həyat var hamımızın. Bu barədə çox düşünmüşəm.

Bəs mən nə istəyirəm?

time is flying ile ilgili görsel sonucu

Kariyeraya fokuslanmış, öz biznesini qurmaq eşqiylə yanan bir həyat mı?

Sevginin, sevgilinin, ailənin həyatının mərkəzində olan bir həyat mı?

Oxumağa davam et

Vaxtından çox tez gedənlərə.

O papatya.

Hər hekayənin bir gün mütləq bitəcəyinə inananlardanam. Bunu son iki ildə kəşf etmişəm özümdə. Həyatıma kim girirsə girsin mütləq bir sonu olacağına əmin oluram. Bu mənim şəxsi problemimdir mi ya bütün insanlıq mı belədir mi bilmirəm. Məsələn insanlar tanıyıram ilk tanış olduqları insanla ömürlərinin sonuna qədər yaşamağa qorxmadan addım atırlar ya da bir dostları olur hansı ki yaşlılıqda da yanaşı olurlar keçmiş xatirələri bölüşüb nostalji yaşayırlar. Bu necə mümkündür?

Oxumağa davam et

Bugünkü Yolda Mən.

Məni bir ildən sonra yazmağa vadar edən nədi deyə sual verirəm öz-özümə. Bilirəm əslində nədi. Ürəyimi bu qədər dolu edən, bu qədər narahat edən, bu qədər incidən, bu qədər təsir edən. 

Xatırlayıram ki, adətən blogda aktiv şəkildə yazanda, şəxsi həyatımda yaxud ictimai həyatda rastlaşdığım çətin nə hadisə olur olsun burda onu yazırdım, dərc etmədən. İndi təsadüfən oturub saatlarla oxudum onları, hamısını xatırladım, hətta yazanda ürəyimin döyüntüsü, barmaqlarımın klaviatura üzərində gəzdirməyimin səsi belə tanış gəldi. Oxumağa davam et

“Küçəyə çıxmağa qoymur amma sevir məni”

Image result for feminism

Hardasa keçən ildən bəri sosial şəbəkələrdə rastlaşdığım bir “trend” kimi birşey var. Oxuyub keçirdim həmişə, bu dəfə şok vəziyyətdə oxudum hamsını və bu olanlara gözümü yumub keçə bilməzdim. Deməli trendimiz belə birşeydi: guya bizə narkotik satan dostumuza atacağımız mesajı səhvən valideynlərimizə atmış kimi edirik, verəcəyi reaksiyanı isə ss edib yayınlayırıq. Ya da sevgilimizə xəyanət etdiyimiz adama atacağımız şəkli səhvən sevgilimizə atmış kimi edir sora guya möhtəşəm zarafatlar, şoklar olur.

Ən son həddə çatdıran ss edilib paylaşılan mesajlarda isə guya xanımlar aldıqları mini bir ətək şəklini rəfiqələrinə atmaq əvəzinə bu “adamlarına” atırlar və reaksiyalarını öyrənirlər. O qədər gərginlik keçirdim ki verilən reaksiyalara ss etməyi unutdum və səhifəni şikayət etdim. Təxmin edə bilərsiz necə biabırçılığı xanımlar “fəxr” edərək paylaşırdı.  Bu barədə birinin şərhini oxumuşdum deyir ki, biz hələ nəyinki mini ətək geyinməyi, o ətəyin istehsal olduğu fabrikanı yandıracaq kobudluqda bir cinslə münasibətdə olduğumuzdan xəyanət zarafatında cənazəmiz qalxardı.  Oxumağa davam et

Kapitalizmdən qaça bilərik? – Captain Fantastic

Image result for captain fantastic

Bütün bu inkişafın, texnologiyanın, durmadan inkişaf edən, yeni ixtiralar yaranan, müasir dövrün bizə yeritdiklərindən qaçıb ən təmizindən bir həyat qurub təbiətin, meşənin tam ortasında yaşayıb, sağlam ailə saxlamaq mümkündü?

Əslində çoxumuzun ağlından müəyyən zaman aralıqlarında keçən bir fikirdi bu- bütün bu müasirlikdən qaçıb, mədəniyyətdən uzaq bir yaşam qurmaq. Betonlaşmış həyatlarımızın arasında sıxışıb qalmışıq ki, bu da istəklərimizi görməyə mane olur. Sadəcə bir-birimizin həyatından keçib gedirik. Başqaları üçün çalışır, başqaları üçün istehsal edirik. Öz evlərimizdə, öz dünyamızda qonaq kimiyik. Birçoxumuz istədiyimiz həyatı yaşamaq yerinə məcbur olduğumuz həyatı yaşayırıq.

Bugün bir filmdən- CAPTAİN FANTASTİC bəhs edəcəm, hansı ki uzun zamandı bu qədər təsirində olduğum film izləməmişdim. Oxumağa davam et

AİESEC / Consult NGO / Yay Səyahətim / Kitablar #2

Birinci hissəsini yazdığım bloga, davam edim 🙂

Universitetdə son ilimizdə başlamış oldu. Həyəcan var, ona görəki, artıq nəhayətki 4ildən bəridir gözlədiyim an gələcək və məzun olacam aylar sonra 😀 Bu sevinci gələcəkdə paylaşa biləcəyim daha çox postlar olacaq, uzatmadan keçim keçən həftə qaldığım yazının ikinci hissəsinə. İlk hissədə AİESEC, Consult NGO haqqında kifayət qədər düşünürəm məlumatları çatdırdığımdan, bu yazımda Yay Səyahətim / Kitablar hissəsinə yer verəcəm.

45gün ərzində oxuduğum kitablara nəzər salsam 4 kitab oldu. Oxumağa davam et

AİESEC / Consult NGO / Yay Səyahətim / Kitablar #1

Salamlar hərkəsə 🙂 Blogum üçün hədsiz darıxmışam ❤

Mənim bir inancım var ki, nəyin pis olduğunu səsli dilə gətirsəm üstündən bir həftə belə keçmədən o şeyi sevirəm. Və bunu bilincli şəkildə etmədən. Məsələn, keçənlərdə bir yazı yazmışdım- İyun ayını nə qədər çox sevmədiyimlə bağlı. Və üstündən bir həftə belə keçmədən keçən illərdə yaşadılan hərşeyi unutduracaq qədər xoş günlərlə gəldi İyun mənə, sonra isə bu davam etdi. “Bu” dediyim gətirdiyi xoşbəxtlikdi- İyul, Avqust və davam etdirir hələdə 🙂 Yaşadığım hərşeyi bölüşə bilməyəcəm təəssüfki, böyük ehtimal məni tanımayan insanlar üçün bu olduqca maraqsız olar.

Keçək əsas məsələyə başlıqdanda göründüyü kimi bugün 4 mövzu haqqında yazacam. Çox uzun olacağı üçün bugün iki mövzu (AİESEC, Consult NGO) haqqında, başqa birgün isə ən maraqlı digər iki mövzu haqqında yazmağı düşünürəm. Oxumağa davam et

Qısa Bir Məlumat!

Qısa bir məlumat vermək istərdim ki, bu yay bütövlükdə blogla məşğul ola bilməyəcək qədər gözəl işlərim olacaq.

Uzun bir səyahətə çıxıram, və geri dönüşdə- payızda mütləq hər anını əks etdirən şəkilləri, yazıları, yaşadıqlarımı paylaşacam.

Hərkəsə gözəl istirahətlər diləyirəm.

Sabahdan xəbər yox, Dünən bitdi..

Bu yazım özümlə danışığımdan ibarətdi. Beynindəkiləri biryerə axıtmasan, keçməz həyat. Bu mənim özümə suallarımdı, cavablarımdı, sadəcə məşğul edən düşüncələrdi. Unutmaq istəmədiyim yaşanmışlıqlarımdı.. 

Demək olar ki, hamımızın bu aralar tək dərdi İyun ayı gəlməsiylə birliktə imtahanların da başlayacaq olmasıdı. Mənim iyun ayıyla problemlərim daha əvvələ dayanır. Həmişə sevməmişəm bu ayı. Taa uşaq vaxtı məktəb bitmiş olurdu iyun 1-i artıq. Çox sevdiyim dostlarımdan uzaq düşürdüm. Böyüdükcə daha çox artdı bu nifrət. Əlbəttə məktəb bitib deyə üzülmürdüm, uzaq düşdüyüm insanlar üçün dərdlənirdim. Sonra böyüdükcə smestr imtahanları deyə bir anlayış daxil oldu həyatıma. Biri yanvarda oldu, biri iyunda. Yanvara qəsdim yoxdu, sevdiyim insanların doğum günü var o ayda. Ama İyun elə dir mi? -Yox! Oxumağa davam et

Breaking Bad- Dizi Fikirlərim

“İndiyə qədər namusum və şərəfim ilə dürüst bir insan olaraq yaşadım, ancaq xərçəngdən başqa bir nəticə əldə edə bilmədim”

Salamlar hərkəsəə 🙂 Bugün yazacağım mövzu haqqında nə qədər həyəcanlıyam bilməzsiniz 😀 Uzuuun müddətdi düşündüklərimi yığıb yekunlaşdıracam (buna görə də biraz uzun ola bilər bu yazı) deyə sevincliyəm, birdə mənim kimi  “Bu dizini izləsəm mi?, Yarıda saxlasam mı?” -deyə düşünənlərin düşüncələrini silib atacaq bir yazı yazmaq istəyirəm. Başlıqdan da göründüyü üzrə bugün sizə həyatınızda görüb görücəyiniz ən real, ən möhkəm, ən yüksək imdb’li dizi, ən əsəbləşdirici xarakterləri olan, bəzən çox darıxdırıcı olub,bəzən həyəcandan ürəyinizi titrətəcək, ən az akisonlu ama çox dramatik, ən mənalı və ən ən ən çoxda izlədiyinizə görə hamıdan hər zaman 1 addım öndə olacağınız dizidən danışmaq istəyirəm. Başlayaq onda 🙂Redaktə üçün giflər (20)

Qısaca dizinin mövzusundan bəhs edim: Breaking Bad Vince Gilligan tərəfindən yaradılmış, ABD dram dizisidir, 5sezon-62 bölüm dəvam edib. 50 yaşında, məktəbdə kimya müəllimi olan Walter White (Bryan Cranston), maddi cəhətdən ailəsinin istəklərini qarşılaya bilmək üçün kassiyer olaraq əlavə iş görməkdədir, ancaq bir müddət sonra ağciyər xərçəngi olduğunu və çox qısa ömrü qaldığını öyrənir. Oxumağa davam et